Azərbaycanın uşaq folklor qrupları Beynəlxalq Uşaq Bayramında iştirak edəcəklər
10.2.2012

Türkiyədə keçiriləcək 15-ci Qaziemir Beynəlxalq Uşaq Festivalına Azərbaycanın azyaşlı istedadları da dəvət olunublar. Tədbir İzmir Şəhəri Qaziemir Bələdiyyəsi tərəfindən təşkil ediləcək.
Təşkilatçıların məlumatına görə, bu il aprelin 21-26 aralığında baş tutacaq Uşaq Bayramında Azərbaycan, Almaniya, Bosniya-Herseqovina, Yaponiya, Ukrayna və digər ölkələrdən uşaq folklor qruplarının iştirakı gözlənilir.