Ölü morqda dirildi - FOTO
13.1.2014

Keniyada qəribə hadisə baş verib. Paul Mutora adlı şəxs dərman içərək intihar edib.

Onun meyidi morqa yerləşdirilib. Həkimlər meyidi yoxlayan zaman onun tərpəndiyini görüblər.

Həkimlər bir anlıq şoka düşüblər. Lakin sonradan Paul Mutoranın ölmədiyi məlum olub. Zəhər onun nəbzini zəiflədib. Həkimlər isə səhvən onun öldüyünü düşünüblər.

ANS PRESS