Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında “Düyməcik” baletinin tamaşası keçiriləcəkdir
14.1.2014

Yanvarın 19-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında İohann Ştrausun “Düyməcik” baletinin tamaşası keçiriləcəkdir.
Teatrdan bildirilmişdir ki, tamaşa uşaqlar üçün nəzərdə tutulmuşdur.
Tamaşanın quruluşçu rejissoru rusiyanın Xalq Artisti, xoreoqraf Liya Sabitova, quruluşçu-rəssam isə rusiyanın tanınmış teatr rəssamı Dmitri Çerbacıdır.
Tamaşanın musiqi rəhbəri və dirijoru Azərbaycanın Xalq Artisti, professor Cavanşir Cəfərovdur.
Tamaşada balet truppasının artistləri ilə yanaşı, Bakı Xoreoqrafiya Məktəbinin şagirdləri də çıxış edəcəklər.

AzərTac