Qoç - pozitiv məzmunlu işlərdə gərginlik hiss
olunacaq. İntriqa, rəqabət, xüsusi gözləntilərinizin olduğu
situasiyalardakı sürətlənmələr sizi tonusda saxlayacaq. Tələskənliyə yol
verməyin. Ünsiyyətdə diqqətli olun. Daxili enerji və ya gərginlik sizi
düşünülməmiş addımlar atmağa vadar edə bilər. Yaxın ətrafınızdakı
insanların mövqelərini qulaqardına vurmayın.
İmicinizdə dəyişikliklər etmək, informasiya aramaq, dəvət aldığınız tədbirə qatılmaq üçün yaxşı gündür.
Axşam saatlarında bir qədər dincəlin.
Buğa
- nəzərdə tutduğunuz bəzi işlərdə çətinliklər yaranacağına hazır olun.
Əsəbi, kəmhövsələ olmayın. Dəyişikliklərə meylli qərarlar qəbul etməyin.
Tərəfdaş və ya həmkarlardan biri kəskin iradlarla çıxış edə bilər.
Önəmli görüş və ya mühüm danışıqları sabahadək təxirə salın.
İntellektual
fəaliyyət üçün yaxşı gündür. Köhnə problemin sürətli həlli və faydalı
nəticə verəcək spontan görüş ola bilər. Vurnuxma və mənasız söhbətlərdən
uzaq durun. Başqalarının problemlərini çözməyə çalışmayın. Mənasız
diskussiyalar boş vaxt itkisidir. Günü qeyri-rasional keçirməyin.
Sizi maraqlandıran məsələlərlə bağlı məlumat toplayın, təcrübəli insanlarla məsləhətləşin.
Əkizlər
- işgüzar fəallıq üçün əlverişsiz gündür. Planlarınızı tələsmədən
reallaşdırın. Niyyətlərin razılaşdırılması və planların müzakirəsi ilə
bağlı problemlər hiss oluna bilər. Şərtlər və situasiya sizdən sürətli
seçim tələb edir.
Seçim şəxsən sizə gərək deyil və yersizdir. Yaxşıca düşünün, perspektivlərinizi yenidən dəyərləndirin.
Təhlükəli
oyundan çıxın. Sizi intriqalara cəlb edən və ya nəzərdə tutmadığınız
işdə iştirakınızı tələb edən olaylardan kənar durun.
Axşam saatlarında enerji və emosiyalar çoxdur. Sizə pozitiv emosiyalar bəxş edəcək ünsiyyət çevrəsini, məşğuliyyəti seçin.
Xərçəng
- çoxsaylı vədlər və öhdəlikləriniz sizə yeni imkanlardan yararlanmağa
imkan vermir. Ev işləri və məişət qayğıları planlarla gözləntilər
arasında münaqişə yaradır. Əlinizdən gələni edin, amma bacardığınızdan
artığına can atmayın. Münasibət və reaksiyanız indi fəaliyyətinizdən
daha önəmlidir.
Perspektiv planlarınız üçün önəm kəsb edən işlərdə səhvlərə yol verməmək üçün vurnuxmayın.
Yaşamınızda mütləq qayda yaradın. İndi adi istəklər təsiri bağışlasa da, sonradan ağır müşkülə çevriləcək problemlər yaratmayın.
Axşam saatlarını ailəvi istirahətə həsr edin. Yolda olmayın.
Şir -
situasiyanı gərəkli istiqamətdə yönləndirmək üçün stereotiplərdən
uzaqlaşın. Həmsöhbətinizin əhvalını hiss edin. Onun davranışında
dəyişkənlik var. Qarşınıza ciddi məqsədlər qoyubsunuzsa, qətiyyətlə
irəliləyin.
Ailəvi müzakirələr və sizin üçün önəmli
təmaslarda ifrat emosiyalara varmayın. Ev işləri, məişət qayğıları və
yaxınlarınızın planları nəzərdə tutduğunuzdan da artıq vaxt, zaman tələb
edəcək. Reaksiylarınıza nəzarət edin. Birbaşa iştirakınızı tələb edən
işlərdə sayıq odun. Ətrafınızda rahat, komfortlu şəraitin yaranmasına
can atın.
Qız - gərginlik, heç
bir motivasiyası olmayan əhval dəyişkənliyi və narazılıq yarana bilər.
Yaxınlarınızdan biri aqressiv və dözümsüz davranırsa, səbrli olun.
Kiminsə etiraflar və ya qəfil açıqlamaları sizdə diskofmort hissi yarada
bilər. Lakin bu, cavab axtardığınız sualın aşkarlanmasıdır. Yaşamın öz
qaydalarını diqtə etdiyi anlardan yayınmaq mümkün deyil.
Əsas
məsələləri reallaşdırmağa davam etmək üçün güzəştlərə ehtiyac var.
Günün ikinci yarısında görüş və ünsiyyəti təxirə salmayın. Alış-verişdə
bədxərclik etməyin.
Yaradıcılıq üçün əlverişli zamandır.
Tərəzi
- gərəkli nəticə əldə etmək üçün qətiyyətli, iradəli olun. İş və ya
layihənizə cəlb etməyə çalışdığınız insanı dilə tutun. Fəaliyyətinizdə
passiv olmayın.
Günün ikinci yarısında təkbaşına, müstəqil
fəaliyyət göstərin. Emosiyalarınızın burulğanına düşməyin. Situasiyanın
gərildiyini hiss etsəniz, səbrli olun. Planlaşdırdığınız işi tamamlayın.
Qəfil xəbərlər sizə maraqlarınızın çərçivəsində yeni tərəfdaşlıq vəd
edir.
Əqrəb - hisslərinizi
araşdırın. "Köhnə yara"ların qövr etməsi istisna deyil. Belə zamanda
mümkün narazılıqdan, emosiyaların kəskinləşməsindən qorunmaq çətindir.
Əsəbi olmayın, yaşananların məğzini anlamağa çalışın.
Gərginlik
"ya hər şey, ya heç nə" prinsipi ilə çözüm tələb edir. Təmayüllər
destruktiv olduğundan sizə təzyiq göstərən hisslər və emosiyalardan
qurtulun.
Ümumi çətinliklərin sınağından keçməmiş
münasibətləri qoruyun. Qiymətli hesab etdiyiniz dəyərlərin bəziləri
şərtidir. Yalnız bilavasitə məna kəsb edən nəsnələrə nail olmağa
çalışın.
Oxatan - təxəyyülünüz
bu gün sizə yardım etməklə yanaşı, problemlər də yarada bilər. Hər şey
məşğul olacağınız işdən asılıdır. Rutin və yeknəsək işlər planlamayın.
Sizi sürprizlər və tapıntılar gözləyən yaradıcı işlər daha önəmlidir.
Bu gün nədən imtina edəcəyinizdən xəbər verən intuisiyanızın səsinə qulaq asın. Dostlarla görüş xoş duyğular verəcək.
Diqqətinizi
fərqli maraq dairəsinə yönəldəcək və ya maddi perspektivlərinizə
faydalı düzəlişlər edəcək yeni tanışlıq istisna deyil.
Səfər və səyahət, alış-veriş üçün münasib gündür. Aradığınız informasiyanı tapmağa çalışın.
Oğlaq
- öhdəlikləriniz, verdiyiniz vədlərin yerinə yetirilməsini, ev
işlərinin görülməsini unudaraq yaxın ətrafınızdakı insanların
maraqlarının təminatına can atmayın. Ümumi planlarınızı reallaşdırmaq
istəyirsinizsə, təmkinli və soyuqqanlı olun.
Hansısa işdə iştirak və ya yardım istəsələr, laqeyd qalmayın.
Günün
ikinci yarısında tək qalmaq, müstəqil çalışmaq istəyəcəksiniz. Fəqət,
yaxınlarınızın istəklərini, sorğu və xahişlərini unutmayın.
Tərəfdaşlardan
birinin qəribə davranması, planları dəyişməsi, anlaşmanı pozması
istisna deyil. Mübahisə mənasızdır, çünki uzun-uzadı çək-çevirdən sonra
ilkin varianta qayıdacaqsınız.
Dolça -
tələskənlik, dağınıqlıq, nevroz davranış yolverilməzdir. İnformasiya
axtarışı, çətin intellektual məsələnin həlli ilə ciddi məşğul olsanız,
məhsuldar gündür. Çərçivə nə qədər dar, vaxt nə qədər azdıra -
səyləriniz və zəhmətiniz bir o qədər effektiv olacaq.
Etiraflara ifrat dərəcədə aludə olmayın, ətrafınızdakı insanların mövqelərinizi mütləq qəbul etmələrinə çalışmayın.
Təşəxxüslü və eqoist olmayın.
Yaranmış çətinliklər, puç olmuş arzular və reallaşmayan planları ciddi təhlil edin. Yeni fəaliyyət planı hazırlayın.
Qərarlarınız
orijinallığı ilə fərqlənə bilər. Gerçəkdən də, mühüm məsələdən söhbət
gedirsə, qərarlarınız orijinallığı ilə fərqlənə bilər.
Balıqlar
- görüləsi işlər və aldığınız tapşırıqlar artır. Yeni planlar var. Amma
çin olmamış arzular, gerçəkləşməyən ümidlər hərəkətinizi yavaşıda
bilər. Pis xəbərin alınması, harasa yollanaraq hansısa problemin həll
edilməsi ehtiyacının yaranması mümkündür.
Yaxınlarınızdan birinin qarşılaşdığı problemin həllində ona yardımçı olun.
Dəyər verdiyiniz insanlara dəstək olun. Səhhətinizə fikir verir.
Axşam saatlarında fiziki işdə, gəzintidə xeyir var.
Milli.Az