Azərbaycanda yeni televiziya kanalının açılması üçün müsabiqə elan edilib
15.1.2014

Milli Televiziya və Radio Şurasının (MTRŞ) bu gün keçirilən iclasında yeni televiziya yayım kanalının açılması imkanları araşdırılıb.

Yeni ümumrespublika televiziya yayım kanalının açılması üçün (Bakı şəhəri və Abşeron yarımadasında 37-ci TV yayım kanalı, 11-ci sektor olmaqla) müsabiqə elan olunub.

Müsabiqəyə sənəd qəbulu yanvarın 22-dən fevralın 22-dək aparılacaq.

APA