Azərbaycan «Euro-IV» ekoloji standartının tətbiqinə başlayır.
Nazirlər Kabineti ölkə ərazisində dövriyyəyə buraxılan (idxal və Azərbaycanda istehsal edilən) avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələrə dair tələblərin «Euro-IV» ekoloji normalarına uyğunlaşdırılması barədə qərar qəbul edib.
Qəbul olunan qərara əsasən, avtonəqliyyat vasitələrindən atmosferə atılan zərərli maddələrin miqdarının azaldılması və ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədi ilə ölkə ərazisində dövriyyəyə buraxılan (idxal və yerli istehsal) avtonəqliyyat vasitələrindən atmosferə atılan zərərli maddələr üzrə aprelin 1-dən «Euro-IV» ekoloji normaları tətbiq ediləcək.
APA