Hindistanda qulyabanı bacılar - Foto
10.2.2012

Hindistanın mərkəzində, Puna şəhərinin yaxınlığında yaşayan 23 yaşlı Savita, 18 yaşlı Monişa və 16 yaşlı Savitri Sanqli bacılarının üzlərindəki tük örtüyü həddən ziyadə qalın və sıxdır.
"Xortdan sindromu" kimi tanınan, universal hipertrixoz xəstəliyi olan bu mərəzə dünyada yüz milyonlarla insandan birində rast gəlinir.
"2007-ci ildə dünyasını dəyişmiş ərim də tüklü idi. Çox yəqin, bu tüklülük xəstəliyi qızlarıma ərimdən keçib. Ərə veriləndə 12 yaşım vardı. Ərimi də yalnız toy günü gördüm", - 40 yaşlı Anita deyir.