Leyla və Arzu Əliyevalar Yeni il qarderobunu təqdim ediblər - Foto
15.1.2014

Professor Nərgiz Paşayevanın qızı, “Nargiz” jurnalının baş redaktoru Ülviyyə Rəhmanovaya məxsus “buro 24/7” saytı fəaliyyətə başlayıb.

Saytın oxucuları “Dəb”, “Mədəniyyət”, “Media”, “Gözəllik”, “Həyat tərzi”, “Tədbirlər” bölümlərindən maraqlı məlumatlar əldə edə bilərlər.

Saytın “Dəb ikonası” rubrikasının ilk qonaqları isə Leyla və Arzu Əliyevalar olub.

“Füsunkar Şərq gözəlləri” adı altında onlar Yeni il qarderobunu təqdim ediblər. Fotoreportajda Leyla və Arzu Əliyevaların əynində “Baba”, “Matthew Williamson”, “Valentino”, “Jimmy Choo”, “Miu Miu”, “Bottega Veneta”, “Jan Atelier”, “Sergio Rossi”, “İsabel Marant”, “Chanel” kimi brend geyimləri görmək mümkündür.

Saytın yazdığına görə, Leyla və Arzu Əliyeva bacıları təkcə xarici gözəlliyin deyil, müdriklik, şarm və individuallığın da genetik səviyyədə ötürüldüyünün parlaq sübutudurlar:

“Onlar dövlət tədbirləri, xeyriyyə gecələri və kübar ziyafətlərin ən istəkli qonaqlarıdırlar.

Fəal ictimai fəaliyyətlə məşğul olmaqla bərabər, Əliyeva bacıları zövqlü geyimləri ilə də fərqlənməyi bacarırlar. Gözəlliklərinin əsas sirri - sehrli təbəssümləridir.
Sadə saç düzümünə üstünlük verən Əliyevalar makiyajda əsasən, gözləri vurğulayırlar. Onlar geyim üslublarında şərq motivlərini qərb tendensiyaları ilə uyğunlaşdıraraq, əsl şahzadə obrazı yaradırlar”.

Gün.Az