Həm rahat, həm də stil sahibi olmağın ən yaxşı yolu
qarmaqarışıq modadır. Amma bu qarmaqrışıq moda da bir ahəng özünü
göstərməlidir.
Eleqant, qarmaqrışıq moda bu mövsümün vaz keçilməz trendləri arasında
əsas yeri tutur. Bol və geniş kəsimli geyimlər içində özünüzü rahat
hiss edə bilər, qüsurlu hissələri rahatlıqla örtərək moda ilə ayaqlaşa
bilərsiniz. Rəngləri və tərzləri bir-birinə uydurmağa ehtiyac olmadan
stilinizi müəyyənləşdirə bilərsiniz. Necə?
- İri və bol köynəkləri geniş şalvar, ya da ətəklə kombinasiya edə
bilrsiniz. Bu ilin modasında asqılı çantalar çox aktualdır. Bu
kombinasiya üçün ideal seçim ola bilər.
- Jessica Alba kimi rəngləri bir-birinə qarışdıra bilərsiniz. Rəng
uyunluğu olmayan kombinasiya üçün cins şalvar geyinə bilərsiniz. Üzərinə
isə tişört və ya yun köynək geyinə bilərsiniz.
- Bol köynəklərlə zəncir detallarının gözəl göründüyünü də qeyd etməliyəm.
- Həm dəbli, həm də dağınıq moda ilə ayaqlaşmaq istəyən qadınlar üçün ən yaxşı fotoları toplamışam.





publika.az