Emil Əfrasiyaboğlu “Montreux Jazz Festivalı”nda mükafata layiq görülmüşdür. Emil Əfrasiyaboğlu İsveçrənin Montre şəhərində dünyanın ən məşhur ikinci böyük caz festivalı olan “Montreux Jazz Festivalı”nda Azərbaycanı təmsil etmişdir.
Xatırladaq ki, ötən il nüfuzlu Montre caz festivalının qalibi azərbaycanlı cazmen İsfar Sarabski olmuşdur.