Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən “Bakı, mən səni
sevirəm” kinolayihəsinin reallaşdırılmasına hazırlıq prosesləri gedir. Kinolayihənin mətbuat katibi Şahnaz Abdullayeva bildirmişdir ki, artıq
layihənin ssenariləri müzakirə edilmiş və təsdiqlənmişdir.
“Bakı, mən səni sevirəm” kinolayihəsinin rəhbəri Heydər Əliyev Fondunun
vitse-prezidenti Leyla Əliyevadır. Prodüserləri Yeqor Konçalovski, Nadir
Maçanov və Aleksey Qolubev olan kinolayihə 10 filmdən ibarətdir. Hər
filmin xronometrajı 9 dəqiqədir.
Layihənin rejissorları Nadir Maçanov, Nərgiz Bağırzadə, İlqar Safat,
Samir Kərimoğlu, Yavər Rzayev (Azərbaycan), Yeqor Konçalovski, Aleksey
Qolubev, Andrey Razenkov (Rusiya), Aleksander Fodor (İngiltərə), Andre
Badalodur (İtaliya). Kinolayihənin ssenari müəllifləri isə Nadir
Maçanov, Nərgiz Bağırzadə, İlqar Safat, Samir Kərimoğlu, Yavər Rzayev
(Azərbaycan) və Aleksandr Novotoskidir (Rusiya).
Kinolayihənin çəkiliş qrupu fevralın 1-dən Bakıdadır. Çəkilişlərə mart ayında başlanılacaqdır.
AzerTAс