Bakıda Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində (RİMM) “Fanterkok - balaca kukla ustası, paltaryuyan qadının oğlu” və “Qar kraliça” interaktiv uşaq tamaşaları təqdim olunmuşdur.
RİMM-in mətbuat xidmətindən bildirilmişdir ki, səhnə əsərlərinin əsas xüsusiyyəti ondan ibarət olmuşdur ki, bütün tamaşaçılar – uşaqlar və onların valideynləri tamaşaların təşkilində əsas rol oynamışlar: tarixi qəhrəmanları canlandırmış, kartondan personajlar hazırlamış, dekorasiyaları çəkmişlər.
Tamaşaların quruluşçu rejissoru və aparıcısı Ukrayna paytaxtının “Art-baqaj” uşaq yaradıcılıq studiyasının rəhbəri Nataliya Datsenkodur.
AzərTac