Fevralın 11-də Argentinanın turizm naziri Enriki Meyer Azərbaycana səfər
edəcək. Bu barədə Argentina Turizmin Təşviqi İnstitutunun icraçı
direktoru Leonardo Boto bu ölkənin KİV-nə müsahibəsində deyib.
Onun sözlərinə görə, Azərbaycan sürətlə inkişaf edən, Avropanı neft və
qazla təmin edən bir ölkədir və son vaxtlar Azərbaycan əhalisinin
iqtisadi imkanları artıb.
“Argentinanın məqsədi Azərbaycandan yüksək alıcılıq qabiliyyətinə malik turistlərin cəlb edilməsidir” - deyə L.Bota qeyd edib.
Argentinanın turizm naziri Azərbaycan paytaxtında ölkənin turizm sektorunun nümayəndələri ilə də görüşlər keçirəcək.
APA