Yaxın 2 gün ərzində hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
16.1.2014

Yanvarın 17-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev APA-ya açıqlamasında bildirib ki, səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub cənub-qərb küləyi günün ikinci yarısında şimal-qərb küləyi əvəz olunacaq. Havanın temperaturu gecə 1-5, gündüz 8-12 dərəcə isti olacaq.

Yanvarın 17-də Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 9-14 dərəcə, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti olacağı gözlənilir.

Tibbi meteoroloji proqnoza gəlincə, yaxın 2 gün ərzində Abşeron yarımadasında mülayim xəzri küləyinin gilavar küləyi ilə əvəz olunması meteohəssas insanlarda diskomfort hissi yarada bilər.

APA