Milyonçu 50 milyon xərcləyərək ulduzları bir yerə yığmaq istəyir
16.1.2014

"Valensiya"nı satın almaq istəyən Peter Lim azarkeşləri həyacanlandıracaq transferlərə imza atmaq istəyir. Sinqapurlu iş adamının hədəfindəki əsas isim Radamel Falkaodur.

"Valensiya" banka olan borclarını ödəyə bilməyib. Buna görə klub bankın balansına keçib. Hazırda sinqapurlu iş adamı Peter Lim "Valensiya"nı almaq üçün həmin bankla danışıqlara başlayıb. Bu istək baş tutarsa Peter Lim, "Valensiya"nı "Çelsi", "Mançester Siti", PSJ kimi klubların yolu ilə apararaq heyətə dünya səviyyəli ulduzlar qatacaq. Onlardan birinin də "Monako"nun kolumbiyalı forvardı Radamel Falkao olacağı iddia edilir.

Məlumata görə iş adamının hədəfindəki digər futbolçu "Mançester Yunayted"in portuqaliyalı üzvü Luis Nanidir. Xəbərdə həmçinin bildirilir ki, sinqapurlu milyonçu "Valensiya"ya bu qış 50 milyon avro xərcləmək ikrindədir.

publika.az