Avstraliyanın cənub-şərqində 40 dərəcəni ötən istilər meşə yanğınlarına səbəb olub.
Viktoriya əyalətində ildırım çaxması nəticəsində 250-dən çox yanğın hadisəsi baş verib. Melburnda temperatur 30 dərəcədən çox olub.
Cənubi Avstraliya əyalətinin paytaxtı Adelaideda yollarda asfalt əriməyə başlayıb. Bölgədə havanın temperaturu 45.1 dərəcə olub. Rəsmilər bunun bölgədə indiyə qədər görülən ən yüksək dördüncü istilik olduğunu söyləyib.
Tazmaniyada da istidən asfaltın əridiyi bildirilib. İldırım çaxdığı üçün minlərlə evə elektrik verilməyib.
publika.az