Gələn il Argentinada və bir sıra Latın Amerikası ölkələrində Azərbaycan Mədəniyyəti Günlərinin keçirilməsi planlaşdırılır. Bu barədə Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib.
Ə. Qarayevin sözlərinə görə, hazırda bu istiqamətdə müəyyən işlər görülür. Ötən il analoji tədbirlər Meksika və Kubada təşkil olunub.
Nazirin sözlərinə görə, bu tip tədbirlər Azərbaycanın tanınması, ölkə həqiqətlərinin dünyaya çatdırılmasında mühüm rol oynayır.