Qoç - işgüzar danışıqlar üçün əlverişli gün deyil.
Əks tərəfdə özünüzə rəğbət hissi oyada bilmirsiniz. Mövqelərinizi
arqumentlərlə möhkəmləndirin. Konstruktiv başlayan diskussiyalar az
sonra mübahisəyə çevrilə bilər.
İradlar və tənqidlərdə ifrata varmayın. Əks təqdirdə həmsöhbətləriniz də sizə adekvat cavab verəcəklər.
Təmkinli
və soyuqqanlı olun. Ruhdan düşməyin, pərişanlığa qapılmayın.
Emosiyalarınızın öhdəsindən gəlsəniz, bir sıra problemlərdən
qurtulacaqsıqız. Yaxınlarınız sizi dəstəkləyəcəklər. Sevdiyiniz insanın
xoş sözlərini və məsləhətlərini eşitmək əhvalınızı yaxşılaşdıracaq.
Buğa
- çətin və qarışıq olsa da, geri çəkilməyin. Qətiyyət və iradə sizə
maneələri dəf etməyə, yeni müttəfiqlər tapmağa yardım edəcək. Həddən
ziyadə çalışaraq özünüzü yormayın. Əks təqdirdə əhvalınız pisləşəcək,
səhhətinizdə problemlər yaranacaq. Maliyyə problemləri yarana bilər.
Alış-verişdə planlaşdırdığınız alışlardan imtina etməli olacaqsınız.
Səfər
və ya səyahətdə ehtiyatlı olun. Sükan arxasında çox vaxt keçirməyin.
Həmişəkindən fərqli olaraq, bu gün yolda fikirli ola bilərsiniz.
Axşam saatlarını sakit istirahətə həsr edin. Ünsiyyəti yalnız ən yaxın insanlarla məhdudlaşdırın.
Əkizlər
- sakit və soyuqqanlı qalmaq çətindir. Günün istənilən hadisələrinə çox
sərt reaksiya verməyin. Hadisələrə sərt reaksiya verərək yaxın
ətrafınızdakı insanları pərişan etməyin. Belə davranış ünsiyyətdə
problemlər yarada bilər. Başladığınız işləri yarımçıq qoyaraq onları
unutmayın. Yorulsanız da, çalışın.
Günün maliyyə fonu
əlverişlidir. Gəlirlər olacaq. Alış-veriş üçün münasib gündür. Yeni
praktiki bilik və bacarıqlar əldə edin. Yaradıcılıq potensialınızı
reallaşdıra bilərsiniz.
Xərçəng -
ünsiyyət üçün əlverişli gün deyil. İşgüzar danışıqlar və fərdi
müzakirələr yaxşı keçmir. Münaqişəyə yol verməmək üçün fikrinizi
söyləmək istəmirsiniz. Amma bu, yaxşı heç nə vəd etmir. Yerinə yetirə
bilməyəcəyiniz öhdəlikləri boynunuza götürməyin, boş vədlər verməyin.
Mənasız və çox usandırıcı fəaliyyətə qatılmayın.
Hüquqi və maliyyə məsələlərini həll etmək, əmlak bölgüsü ilə bağlı nüansları müzakirə etmək üçün əlverişli zaman deyil.
Axşam saatlarında aktiv istirahəti seçin.
Şir
- çoxsaylı yeni ideyalar yaranır. Lakin onların tam əksəriyyəti ilk
baxışdan göründüyü təki yaxşı deyil. Problemlərin effektiv həllini
tapmaq asan deyil. Ən sadə və kiçik məsələləri həddən artıq
mürəkkəbləşdirməyin. Sınanmış metodlardan imtina etməyin. Ehtiyac
olmayan təqdirdə eksperimentlər aparmayın.
Özünüzə həddən ziyadə güvənsəniz, işlərinizdə ciddi səhvlərə yol verəcəksiniz.
Axşam saatlarına mühüm heç nə planlaşdırmayın. Həmin saatlarda diqqəti cəmləmək çətindir.
Asan, amma maraqlı işlərlə məşğul olun.
Qız
- ictimai fəaliyyət üçün əlverişli zamandır. Ümumi maraqları olan
insanları bir araya gətirərək qarşılıqlı faydalı əməkdaşlığa başlamaq
olar. İşgüzar danışıqlar və müzakirələr pis keçməyəcək. Peşəkar
fəaliyyət müstəvisində irəliləmək şansları var.
Mühüm
məsələləri müzakirə etmək, qərarlar qəbul etmək olar. Səhvə yol
verməyin. Davranış stilini dürüst seçin. Minimum informasiyaya malik
olsanız da, düzgün qərarlar verin. Axşam saatlarını yaxınlarınızla
ünsiyyətə həsr edin.
Tərəzi -
qətiyyətli, iradəli, inadkar olun. Məhz bu məziyyətləriniz uğurun zəruri
şərtləridir. Çalışdığınız yerdə uzun müddətdən bəri davam edən ixtilafı
aradan qaldırın. Belədə dünənki bədxah və rəqiblərdən biri müttəfiqə
çevrilə bilər.
Sənədləşdirmə və ağır işə müqayisədə müzakirələrlə ünsiyyət üçün daha əlverişli gündür.
Maliyyə fonu əlverişlidir. Gəlirlər istisna deyil. Alış-veriş edə bilərsiniz.
Axşam saatları qonaqlar olacaq. Səxavətli və gülərüz ev sahibi olun.
Maraqlı və faydalı məlumatlar əldə edəcəksiniz.
Əqrəb
- yaşam potensialı və enerjiniz yüksək səviyyədədir. Əvvəlki günlərlə
müqayisədə çox işləsəniz də, yorğunluq hiss etmirsiniz. Günün ilk
yarısında müstəqil çalışmaq olar. Bir qədər sonra isə birgə layihələrə
qatılmaq olar.
Bütün hallarda uğur sizin olacaq.
Peşəkar
fəaliyyət müstəvisi ilə yanaşı, şəxsi münasibətlərlə bağlı mühüm
məsələləri müzakirə etmək olar. Sənədlər imzalamaq, uzunmüddətli anlaşma
ilə bağlı razılaşmalar əldə etmək üçün əlverişli gündür. Şəxsi
münasibətlərdə müsbət dəyişikliklərə nail olmaq istəyirsinizsə,
təşəbbüskar olun.
Oxatan - əsas
hadisələrin məcrasından kənarda qalmağa çalışsanız da, istəyinizə nail
olmayacaqsınız. Bütün hərəkətləriniz diqqəti cəlb edir. Yeni müttəfiqlər
və həmfikirlər olacaq. Yeni münasibətlərin başlanması istisna deyil.
İmiclə
cəsarətli eksperimentlər üçün əlverişli gündür. Yeni tanışlarda xoş
təəssüratlar yaratmağa çalışın. Dəstəyini almağa can atdığınız insanla
danışıqlarda konkret olun.
Oğlaq
- çətin və qarışıq olsa da, ümidsiz gün deyil. İntellektual potensial
səviyyəsi yüksəkdir. Ən çətin situasiyada belə, çıxış yolu tapa
biləcəksiniz. Məntiqlə və təmkinlə hərəkət edin. Mühüm informasiya ala
bilərsiniz. Xırdalıqlarla təfərrüatlara fikir verin. İndi önəmsiz təsir
bağışlayan nəsnə bir qədər sonra ciddi əhəmiyyət kəsb edə bilər.
Danışıqlar
və müzakirələr çox vaxt alır. Başınız söhbətə qarışmasın, işləri
unutmayın. Zəhmətkeşlik və inadkarlıq sayəsində rəqiblərinizi üstələyin.
Problemlərin həllini sonraya saxlamayın.
Dolça
- bir sıra məsələlər baxımından uğurlu gündür. Maraqlı işgüzar
təkliflərin alınması istisna deyil. Peşəkar fəaliyyət müstəvisində
irəliləməklə yanaşı əvəllər əlçatmaz hesab etdiyiniz uğurlara nail ola
bilərsiniz. İşgüzar danışıqlar pis keçmir. İndiyədək sizə qarşı kəskin
mənfi mövqe tutmuş insanlardan biri müttəfiqə çevrilə bilər.
Həmişəkindən
fərqli olaraq daha eqoist və təşəxxüslü olmayın. Soyuqqanlı, məntiqli
olun. Öhdəsindən gələ biləcəyiniz işə başlayın. Maliyyə məsələlərində
qayda yaradın. Çoxdan can atdığınız anlaşmaya nail ola bilərsiniz.
Balıqlar -
müsbət təmayüllərin təsiri güclənir və bu, işgüzar münasibətlərlə
yanaşı, şəxsi təmaslara da təsir edir. Ünsiyyət daha harmonik və komfort
olur. Təmaslarda problemlər yaranmır. Əməkdaşlıq perspektivlərini
müzakirə etmək, birgə layihə çərçivəsində işə başlamaq olar.
Dəvət
olunduğunuz tədbirə qatılmaqdan boyun qaçırmayın. Vaxtınızı yaxşı
keçirməklə yanaşı, yeni və faydalı tanışlıqlara nail ola bilərsiniz.
Yeni romantik maraq, macəra mümkündür.
Yaşam potensialının səviyyəsi yüksəkdir. Səhhətinizdə problemlər yaranacağını düşünməyin.
Milli.Az