“Muhteşem Yüzyıl” serialının izlənmə sayı 6 qat artacaq
17.1.2014

Dünyanın 40-dan artıq ölkəsində 210 milyon tamaşaçının maraqla baxdığı “Muhteşem Yüzyıl” serialı qısa vaxtdan sonra Çində də yayımlanmağa başlayacaq.

Beləliklə, serialın izlənmə sayı birdən-birə 6 qat artaraq, 1 milyard 200 milyona çatacaq.

Məşhur serialın yayımlanacağı kanal isə Çinin CCTV dövlət televiziyasının 8-ci kanalı olacaq. Bu kanalın tamaşaçılarının sayının 1 milyard olduğu deyilir.

Filmdə alt yazı çin dilində olacaq.

Gün.Az