“Ərlərin atılması” yəqin ki, heç vaxt Olimpiya Oyunlarının proqramına daxil edilməyəcəkdir. Buna baxmayaraq, həmin festival Yaponiyanın mərkəzi prefekturası olan Niiqatada XVIII əsrdən keçirilir.
Bu ənənəvi tədbir hər il yanvarın 15-də Tokamati şəhərində təşkil olunur. Belə güman edilir ki, onun yaranmasının səbəbi yerli qızlarla evlənmiş yad kişilərdən qisas almaq istəyi olmuşdur.
Bu dəfə həmin festivalda cari ildə evlənmiş üç cütlük iştirak etmişdir. Qadınlar Kimono geyinmiş ərlərini təpənin başına qaldıraraq biri-birinin ardınca iki metrlik qar yığınının içərisinə atmışlar. Ərlər qarın üzəri ilə onları təpənin aşağısında gözləyən arvadlarının ayaqları altına sürüşmüşlər.
Ərlərdən biri demişdir ki, başlanğıcda əsəbiləşsə də, sonradan qarın içərisində həyat qüvvəsinin artdığını hiss etmişdir.
Azərtac