Silvestr Stallone və Robert De Niro Bakıda!
17.1.2014

Bu gündən “Park Cinema” şəbəkəsinin 12 ekranında üç filmə start verilir.
Kinoteatrın mətbuat xidmətindən verilən məlumata əsasən, bunlar “Cek Rayan. Xaos nəzəriyyəsi”, “Kitab oğrusu” və Qəddar yarış” filmləridir.

“Cek Rayan. Xaos nəzəriyyəsi” filminin dünya premyerası məhz bu gündür.

İkinci “Kitab oğrusu” filminin premyerası ABŞ-da yanvarın 10-a planlaşdırılsa da, film prokata ötən il dekabrın 25-də çıxıb. Yerli və Rusiya ekranlarında tamaşaçılar komediyaya artıq bu gündən baxa biləcəklər.

Bu filmdə dünya şöhrətli ulduzlar Silvestr Stallone və Robert De Niro çəkilib.

Dram həvəskarları üçün isə “Kitab oğrusu” filmi təqdim olunub. Filmdə hadisələr Almaniyada 1939-cu ilin əvvəlində İkinci Dünya müharibəsi ərəfəsində cərəyan edir.

gun.az