Qoç - Öz gününüzü özünüz planlaşdırsanız, xeyli uğur əldə edə bilərsiniz. Ətrafınızdakılar ya sizi işinizdən ayırır, ya tələsdirir, ya da gecikdirirlər, bu isə sizi xeyli qıcıqlandırır. Sizi yaxşı tanıyan, təcrübə və biliklərinizə güvənən insanlarla işləmək isə rahatdır.
Günün ikinci yarısı xoş xəbərlər ala bilərsiniz. Ev işlərini görmək, yaşadığınız yeri abadlaşdırmaq üçün münasib vaxtdır. Bir çox Qoçlar bu gün ən adi yeməkləri çox ləziz hazırlayacaqlar, odur ki, önlüyünüzü taxıb keçin mətbəxə!
Buğa - Bu gün işləriniz ona görə alınır ki, ətrafdakıların gözlədikləri kimi hərəkət etmirsiniz. Özlərini itirmiş bədxahlarınız, paxıllarınız şokdadırlar və sizə mane olmağa gücləri yoxdur. Günün ilk yarısı xeyli məzəli hadisə olacaq. Bunlar çətinliklər yaratsa da, əhvalınızı qaldıracaq.
Günün ikinci yarısı sakitlik vəd edir. Romantik görüşlər, sevgi etirafları üçün əla vaxtdır. Yaxınlarınız üçün xırda hədiyyələr, suvenirlər ala bilərsiniz.
Əkizlər - Əgər qarşınızda böyük məqsədlər qoyub onların həyata keçirilməsi üçün şübhəli üsüllar seçsəniz, gününüzü tamamilə itirə bilərsiniz. Prinsip sadədir: əgər istədiyinizi almaq üçün hiyləgərlik və intriqalardan istifadə edirsinizsə, nəticədə yalnız problem və çətinliklər qazanacaqsınız. Ancaq doğru yollar sizi məhz lazım olan yerə aparacaq.
Sizi əhatə edən insanlara qarşı diqqətli olun: onların arasında həm dost, həm tərəfdaş, həm də köməkçi tapa bilərsiniz. Romantik münasibətlərin başlanması üçün gün heç də münasib deyil, burada bəxtiniz gətirmir.
Xərçəng - Problemlərdən qaçmağa çox çalışırsınız, amma həmişə alınmır. Nə qədər dostluq, mehribanlıq göstərsəniz, adamları dilə tutmağa cəhd etsəniz də mütləq sizdən narazı birisi peyda olacaq. Maliyyə çətinlikləri mümkündür. Boşuna pul xərcləmək riski böyükdür.
Xoşbəxtlikdən, yaxınlarınız sizə dəstək olur, problemlərinizin həlli üçün öz vaxtlarından keçir, xoş sözlər söyləyirlər. Axşam ehtiyacı olanlara qayğı göstərin: bu cür davranış sizə mənəvi rahatlıq gətirəcək.
Şir - Diqqətli və ehtiyalı olun ki, gününüz uğurlu keçsin. Əlbəttə, hər şeydən qorxub çəkinməyə dəyməz, amma öz hərəkətlərinizin nəticəsi barədə fikirləşmək və geriyə addım atmaq üçün yer saxlamaq vacibdir. İctimai və siyasi fəaliyyətdə uğurlarınız mümkündür. Enerjiniz çoxdur, işgüzarsınız və çoxlarına kömək edə bilərsiniz.
Günün ikinci yarısı emosional cəhətdən çox gərgindir. Çox həssas Şirlər təzadlı hisslər yaşayacaqlar. Ailədə münaqişələr mümkündür. Siz bütün gücünüzü sərf edəcəksiniz ki, münasibətləri düzəldəsiniz.
Qız - Çalışın günün birinci yarısından maksimum istifadə edib, işlərinizin əksəriyyətini bu vaxta salasınız. Çoxdankı rəqibinizə güc gələ, yığılıb qalmış problemlərin asan həllini tapa biləcəksiniz. Peşəkar nüfuzunuz artır, çox az adam sizinlə mübahisəyə ürək edir, bu isə çox gözəldir: onsuz da açıq-aydın olanları kiməsə sübut etməyə gərək qalmır.
Günün ikinci yarısı da pis deyil, amma tamamilə başqa xarakter daşıyır. İstirahət edə, dostlarınızla görüşə, gəzintiyə çıxa, ürəyinizə yatan işlə məşğul ola bilərsiniz. Sizi qıcıqlandıran nə varsa, hamısından imtina edin.
Tərəzi - Ətrafınızda qadlınlar üstünlük təşkil edirsə, gününüz xüsusilə xoş keçəcək. Onlarla siz əla yola gedirsiniz. Yeni layihələr ortaya çıxır, öz işinizə marağınız artır və onu daha da yaxşılaşdırırsınız.
Qonaq qəbulu, ailə şənliklərinin təşkili üçün gün münasibdir. Sizə dəyərli olan birinin rəğbətini qazanmaq asandır, çünki mehriban və səmimisiniz.
Əqrəb - Uğur əldə etmək istəyirsinizsə, intizamlı olun. Əgər tənbəllik edib, faydalı işləri həvəslərə qurban versəniz, çətin ki, dəyərli bir nəticə əldə edəsiniz . Daha yüksək nəticə qazanmaq şansınız isə bu gün yüksəkdir.
Həm işgüzar, həm şəxsi həyatda yeni münasibətlərə başlamaq olar. Amma unutmayın ki, bu münasibətlər həmişə rəvan olmaya, partnyorunuz hər zaman sizin istədiyiniz kimi davranmaya bilər. Cüzi məişət problemləri ciddi mənfi emosiyaların yaranmasına səbəb ola bilər.
Oxatan - Şəxsi simpatiya və antipatiyaya böyük önəm verirsiniz. Bu isə işgüzar münasibətləri korlayır. Üstəlik, intuisiyanız dəqiq işləmir: yalançı və fırıldaqçılar xoşunuza gəlir, əsl tərəfdaş olacaq birini isə gözünüz heç tutmayacaq və onunla əməkdaşlıqdan imtina edəcəksiniz. Ziyafətlərdən, kütləvi çıxışlardan çəkinin. Yaxşı tanıdığınız insanlarla ünsiyyət qurun.
Oğlaq - Ciddisiniz, addımlarınızı ölçüb-biçirsiniz, özünüzə və ətrafınızdakılara qarşı dürüstsünüz. İş ortaqlarınız sizi etibarlı adam kimi tanıyırlar, rəhbərlik isə işinizə məsuliyyətlə yanaşdığınıza əmindir. Bu şəraitdən istifadə edərək əlaqələri möhkəmlətməyə və əməkdaşlığı irəlilədərək öz şərtlərinizi diktə etməyə çalışın.
Şəxsi həyatınızda da müsbət tendensiyaların təsiri güclüdür. Yaxınlarınız fikirlərinizi diqqətlə dinləyir, məsləhətlərinizə həvəslə əməl edirlər. Bütün ailənizin həyatına təsir edəcək böyük bir layihənin (ev tikintisi, emiqrasiyaya hazırlıq) icrasına başlaya bilərsiniz.
Dolça - Günün emosional fonu sabit deyil. Tez-tez qüssələnir, darıxırsınız. Sonra da bu haldan çıxmaq üçün xeyli güc sərf edirsiniz. Xoşbəxtlikdən, yanınzda sizin əhvalınızı qaldırmaq qabiliyyətinə malik insanlar var. Ancaq onların da gücü tükənməz deyil.
İşdə diqqətinizi cəmləmək çətindir. Amma sizə mürəkkəb, maraqlı və yaradıcı yanaşma tələb edən məsələlərin həllini həvalə etsələr, vəziyyət dəyişəcək. İmkan varsa, monoton, rutin işləri başqalarına tapşırın. İmicinizdə eksperiment edə bilərsiniz, geyim, ayaqqabı, kosmetika ala bilərsiniz.
Balıqlar - Qeyri-standart metodlardan istifadə edərək uğurlar qazana bilərsiniz. Sizin qərarlarınız uğurlu olduğu kimi, orijinaldır. İş ortaqlarınızla münasibətləri düzəldə, artıq hamını təngə gətirmiş uzun müddət sürən rəqabəti durdura bilərsiniz. Uzun müddət sizə irəliləməyə, karyeranızda uğur qazanmanıza mane olan insan, gözlənilmədən sizin tərəfinizə keçəcək.
Evdə xırda anlaşılmazlıqlar yaranır. Amma onları ürəyinizə salmırsınız. Deməli, mübahisələrdən qorxmamaq olar. Uzaq qohumlarınızın könlünə sizinlə görüşmək düşə bilər, odur ki, qonaq gözləyin.
Milli.Az