Londonda Azərbaycan rəssamları tərəfindən bəzədilən Pasxa yumurtaları təqdim olunacaq
13.2.2012

Londonda Pasxa festivalının keçirilməsinə hazırlıq başlayıb. Fevralın 21-dən aprelin 8-ə kimi davam edəcək festivalda 200 xüsusi bəzədilən yumurtaların nümayişi təşkil olunacaq. Nümayiş üçün Azərbaycandan olan rəssamlar da daxil olmaqla, bir sıra aparıcı rəssam, dizayner, memar və zərgərlər tərəfindən hazırlanan yumurtalar təqdim olunacaq.
Tədbir uşaqların həyat şəraitinin yaxşılaşmasına və fillərin xilası üçün xeyriyyəçilik məqsədlərinə yönəlib. Tədbirdə iştirak edəcək turistlər, yerli sakinlər və qonaqlar həqiqi mənada sehrli təcrübə əldə edəcəklər.