Azərbaycan paytaxtı Bakı şəhərində və rayonlarda müşahidə olunan qeyri-sabit hava şəraiti yaxın 2 gün ərzində də davam edəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova öz açıqlamasında bildirib ki, yaxın 2 gün ərzində hava şəraitində mühüm dəyişiklik gözlənilmir. Onun sözlərinə görə, tutqun və arabir yağıntılı hava şəraiti üstünlük təşkil edəcək.
Qeyd edək ki, yanvarın 20-dən ölkə ərazisində hava şəraiti qeyri-sabit keçir, temperaturu ötən günlərlə müqayisədə 4-6 dərəcə düşüb.
APA