“Yetenek sizsiniz Türkiye” yarışmasında çıxış edən azərbaycanlı “Crazy Eyes” rəqs qrupu uğura imza atıb.
Azərbaycan çempionu və 2013-cü ilin ən yaxşı rəqs kollektivi seçilən qrup sözü gedən yarışmanın 2-ci turuna qatılaraq böyük uğur əldə edib.
6 rəqqas və 2 musiqiçi ilə səhnəyə çıxan qrup üzvləri xüsusi nömrə təqdim ediblər. Onlar çıxışlarına milli elementlər qataraq böyük performans nümayiş etdiriblər.
Qrupun çıxışı həm münsiflər heyətini, həm də tamaşaçıları heyrətləndirib.
Daha sonra isə yarışmanın səsvermə nəticələri açıqlanıb. Azərbaycanlı qrup 93 faiz səs çoxluğu ilə yarımfinala vəsiqə qazanıb.
Video
gun.az