Məşhur Amerika müğənnisi Uitni Hyuston Los-Ancelisdə vəfat edib - Video
13.2.2012

Məşhur Amerika müğənnisi Uitni Hyustonun Los-Ancelisdəki “Beverli Hilton” otelinin nömrəsində meyiti tapılıb.
Uitni Hyuston otel işçiləri tərəfindən huşsuz halda aşkarlanıb. Həkimlərin səylərinə baxmayaraq, 48 yaşlı müğənnini həyata qaytarmaq mümkün olmayıb.
Polis müğənninin öldürülməsini istisna edir. Onun üzərində zorakılıq əlamətləri aşkarlanmayıb. Yerli polis nümayəndəsi jurnalistlərin hadisəyə narkotik vasitənin səbəb olması ehtimalı ilə bağlı sualına cavab olaraq deyib ki, buna dəqiq cavab vermək mümkün deyil, araşdırma aparılır.
Uitni Hyuston ABŞ estradasının ən uğurlu ulduzu sayılırdı. O, aldığı mükafatların sayına görə Ginnesin Rekordlar Kitabına düşüb. Buraya iki “Emmi” telemükafatı, 6 “Gızıl qramafon” “Gremmi”, 30 “Bilbird” jurnalının mükafatı daxildir.
O, “Mühafizəçi”, “Keşişin həyat yoldaşı”, “Fasiləni gözləyərək” filmlərində əsas rollarda çəkilib.

I Will Always Love You