Məşhur Amerika müğənnisi Uitni Hyustonun Los-Ancelisdəki “Beverli Hilton” otelinin nömrəsində meyiti tapılıb.
Uitni Hyuston otel işçiləri tərəfindən huşsuz halda aşkarlanıb.
Həkimlərin səylərinə baxmayaraq, 48 yaşlı müğənnini həyata qaytarmaq
mümkün olmayıb.
Polis müğənninin öldürülməsini istisna edir. Onun üzərində zorakılıq
əlamətləri aşkarlanmayıb. Yerli polis nümayəndəsi jurnalistlərin
hadisəyə narkotik vasitənin səbəb olması ehtimalı ilə bağlı sualına
cavab olaraq deyib ki, buna dəqiq cavab vermək mümkün deyil, araşdırma
aparılır.
Uitni Hyuston ABŞ estradasının ən uğurlu ulduzu sayılırdı. O, aldığı
mükafatların sayına görə Ginnesin Rekordlar Kitabına düşüb. Buraya iki
“Emmi” telemükafatı, 6 “Gızıl qramafon” “Gremmi”, 30 “Bilbird”
jurnalının mükafatı daxildir.
O, “Mühafizəçi”, “Keşişin həyat yoldaşı”, “Fasiləni gözləyərək” filmlərində əsas rollarda çəkilib.
I Will Always Love You