Bu gün Milli Televiziya və Radio Şurasının (MTRŞ) yeni ümumrespublika
televiziya yayım kanalının açılması üçün (Bakı şəhəri və Abşeron
yarımadasında 37-ci TV yayım kanalı, 11-ci sektor olmaqla) elan etdiyi
müsabiqəyə sənəd qəbulu başlayıb.
Açılacaq yeni televiziya kanalında əsasən regionlarda baş verən proseslərin işıqlandırması nəzərdə tutulur.
Qeyd edək ki, müsabiqəyə sənəd qəbulu fevralın 22-dək aparılacaq.
APA