Azərbaycanlı idmançı 35-ci dəfə qələbəyə imza atdı
22.1.2014

Yanvarın 18-i Çinin Xiang Yang şəhərində kiqboksinq üzrə Shulen Feng böyük peşəkar yarış keçirilib.

Yarışda Azərbaycanı 4 qat dünya çempionumuz Pərviz Abdullayev təmsil edib.

Keçirilən 8-lik yarışda idmançımız 70 kq çəki üzrə döyüşüb.

Çinli idmançı Li Zikai ilə rinqdə görüşən Pərviz Abdullayev döyüşü tam üstünlüklə, qələbə ilə başa vurub. Xatırladaq ki, bu, idmançımızın 35-ci qələbəsidir.

Nəzərinizə çatdıraq ki, azərbaycanlı idmançı yarışa idmançısı olduğu “12 May-Kobra” kiqboks klubunun dəstəyi ilə qatılıb. Yarışdan öncə Hollandiyaya yola düşən kiqboksçumuz orada “Super PRO” klubunda məşqçi Pramotr Denis Krauvelin nəzarəti ilə yarışa hazırlıq məşqləri keçib.

Pərviz Abdullayev FHN-nin əməkdaşıdır.

Oxu.az