Xəzər dənizində zəlzələ baş verib. AMEA Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, yeraltı təkan fevralın 12-də saat 08.33-də Xəzərdə, Abşeron yarımadasından 140 km cənub-şərqdə qeydə alınıb.
86 km dərinlikdə, 3.60 maqnitudada baş verən zəlzələ hiss olunmayıb.