Azərbaycan vətəndaşı Türkiyədəki "Milyonçu" şousunda böyük məbləğdə pul qazandı - FOTO
22.1.2014

Azərbaycanlı pianoçu Abuzər Manafzadə Türkiyənin ATV telekanalında yayımlanan "Milyonçu" şousunda böyük məbləğdə pul qazanıb.

"Dünyaca məşhur bu layihəyə düşmək üçün iki müsahibədən keçmişəm. Oyunun Türkiyədəki versiyasında 12 sual var və maksimal uduş məbləği 1 milyon türk lirəsidir. Həmin məbləği Türkiyədə hələ heç kim qazanmayıb. mən 10-cu suala qədər gəldim və 60 min lirə (təxminən 30 min dollar) qazandım. Həmin pulları Avropada təhsilimə sərf edəcəm. Mənim iştirakmdan sonra verilişin reytinqi qalxıb", - Manafzadə Trend Life-a açıqlamasında deyib.

Qeyd edək ki, Abuzər tanınmış musiqiçi İslam Manafovun oğludur.





Milli.az