Amerikanın nəzarət orqanları dodaq boyasının 400 müxtəlif növünün
tərkibində qurğuşun qarışığı aşkar etmişlər. Yoxlamalar ABŞ-ın ərzaq
məhsulları və dərmanların keyfiyyətinə nəzarət üzrə federal idarəsi
tərəfindən aparılmışdır.
“Ekoloji işçi qrup” ictimai təşkilatının nəticələrinə görə, ən azı iki
məşhur dodaq boyası istehsalçısının məhsulunun tərkibində metalın
miqdarı Kaliforniya ştatında yol verilən normalardan yüksəkdir. Ictimai
ekspertlər belə hesab edirlər ki, L`Orealın istehsalı olan “ən çirkli”
pomadanın tərkibində qarışığın miqdarı yoxlanılmış nümunələr üzrə orta
göstəricidən yeddi dəfə yüksəkdir.
Tədqiqatın nəticələri ilə əlaqədar “Ekoloji işçi qrup”un iştirakı ilə
“Təhlükəsiz kosmetika uğrunda ictimai kampaniya” hakimiyyət orqanlarını
kosmetika şirkətlərindən daha sərt sanitariya normalarına əməl
olunmasını tələb etməyə çağırmışdır.
AzərTAc