Dünyanın ən qədim şəhərlərindən olan Londona gələn turistlərin sayı 2013-cü ildə xeyli artmışdır. Buna səbəb şəhərdəki məşhur Britaniya muzeyinin, Milli qalereyanın, London attraksionunun, London qülləsinin və digər tarixi abidələrin daha çox diqqət cəlb etməsidir.
2013-cü ildə Londona gələn turistlərin sayı keçən illərlə müqayisədə 8 dəfə artmışdır. Ötən il Böyük Britaniya paytaxtını 16 milyon turist ziyarət etmişdir.
Turistlərin sayına görə Banqkok ikinci yerdədir.
Dünya mədəniyyətinin beşiyi hesab edilən Parisə keçən il 15,9 milyon turist gəlmişdir.
Siyahıda dördüncü yeri ABŞ-ın Nyu- York şəhəri tutur.
AzərTac