Yeni sosial reklam rekordlar vurur – VİDEO
23.1.2014

Axe dezadorantları üçün reklam çarxları hazırlayan mütəxəssislər bu dəfə də qeyri-ənənəvi yanaşmaları ilə fərqləniblər.

Axe Peace adlanan yeni videoçarxda sevgi və xeyirin insanın zorakılığa meyli üzərində qələbəsini əks etdirən səhnələr göstərilib. Videonun sloqanı – Make Love, Not War adlanır.

Qısa vaxt ərzində videoçarxı internetdə bir neçə milyon insan izləyib.

Qeyd edək ki, statistikaya əsasən, məsələn, təkcə Suriyada silahlı münaqişə zamanı 100 000-dən çox insan həlak olub.

Ümid edək ki, belə sosial reklam bəzilərini düşünməyə vadar edəcək.

VİDEO

Oxu.az