Gənc azərbaycanlı caz ifaçısı “Black Sea Jazz” Beynəlxalq festivalında iştirak etmişdir
28.7.2011

İyulun 19-dan 24-dək Gürcüstanın Batumi şəhərində “Black Sea Jazz” Beynəlxalq festivalı keçirilmişdir. Gürcüstanın Mədəniyyət Nazirliyinin dəstəyi ilə təşkil olunan festivala 11 ölkədən 150-dək musiqiçi qatılmışdır. Bu nüfuzlu musiqi yarışmasında Azərbaycanı gənc müğənni Ülviyyə Rəhimova təmsil etmişdir.
Səhnəyə məşhur gürcü “Jazz Factory” qrupu ilə çıxan Ü.Rəhimovanın ifası tamaşaçılar tərəfindən böyük maraqla qarşılanmışdır. Ülviyyə Rəhimova ölkəmizi bu ilin iyununda Tbilisidə keçirilmiş “Kavkaz Jazz-2011” festivalında müvəffəqiyyətlə təmsil etmişdir.