İstanbulda Azərbaycan Film Festivalı keçiriləcək
23.1.2014

Yanvarın 24-dən fevralın 2-dək İstanbulda Azərbaycan Film Festivalı keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin saytına istinadən verilən məlumata görə, festivalda "Arşın mal alan", "Yarasa", "Buta", "Qala", "İlahi məxluq", "40-cı qapı", "Çövkən" və "Çölçü" filmləri nümayiş olunacaq.

Festival Avropa Azərbaycan Cəmiyyəti və Türkiyənin Suna və Kıraç Fondu tərəfindən yaradılan Pera Muzeyinin birgə təşkilatçılığı ilə baş tutacaq.

ANS PRESS