Bakı Dövlət Universitetinin müəllimi dəyəri 10 min dollar olan qrant layihəsinin qalibi olub.
BDU-nun mətbuat xidmətindən verilən məlumata görə, universitetin “Nanomaterialların kimyəvi fizikası” kafedrasının müəllimi Flora Hajiyeva dəyəri 10000$ məbləğində olan «The development of technology of formation quantum nanowires in polymer matrices» (Polimer matrislərdə kvant nanonaqillərinin alınma texnologiyasının işlənməsi) qrant layihəsinin qalibi olub.
Layihə İSESCO tərəfindən maliyyələşdirilir.
publika.az