Təbiilik bu ilin əsas trendidir.
Rənglər – 2014-cü ildə cəsur rənglər aktualdır.
Başqa rənglərlə asanlıqla kombinasiya edilən parlaq rənglər önə çıxır.
Çəhrayının hər tonu bu ilin dekorasiya tonlarına damğa vuracaq. Bu
rəngin istifadəsi çox fərqli versiyalarda qarşımıza çıxır.
Naxışlar – Son illərdə önə çıxan geometrik cizgilər,
yeni illə birlikdə yumşalır və yerini daha təbii baxışlara verir. Hətta
gül şəkilləri də ola bilər.
Damalı parçalar – Bu qış damalı parçalar,
örtüklərdən, divar kağızı və servizlərə qədər gəlib çıxır. Xoş aura
yaratmaq istəyirsinizsə, mətbəxin divarında qırmızı damalı
kağızlardan istifadə edə bilərsiniz.
Etnik naxışlar – Son illərdə dəbə minən etnik naxışlar bu il də özünü göstərəcək. Artıq ipək və məxmər yastıqlar dəbə minib.
Ağ və qaranın sintezi – Daim bir klassika olan ağ və
qaranın uyğunluğu bu dəfə qrafik işlərdə özünü göstərir. Bütün
dövrlərin ən uyğun rəngləri yenə də evinizə qonaq olacaq.
Karamel tonlar – Məişət avandanlığından tutmuş,
qazanlara qədər hər şey karamel tonlarında olacaq. Süd rəngli akssesuar
və əşyaların inanılmaz cazibəsinə dayana bilməyəcəksiniz.
Çəhrayının yüksəlməsi – Modern evlərə pop təsiri
qazandıran çəhrayının bütün tonları baharı gətirəcək. Çəhrayını təkcə
gənc otağına aid etmək məcburiyyətində deyilsiniz. Evinizə uyğun olan
çəhrayı tonlarını tapıb uyğunlaşdırmaq çətin deyil.
Quş tükləri – Mələkləri xatırladan quş tükləri,
evində görkəmli, amma bir o qədər də sadə və məsum tərz yaratmaq
istəyənlərin köməyinə çatır. Quş tükləri ilə evinizə zəhmətsiz gözəllik
dizayn edə bilərsiniz.
Publika.Az