Azərbaycan biznesmenləri halal yeyinti məhsulları sərgisinə dəvət olunub
23.1.2014

Qazaxıstanda beynəlxalq «KazFood-2014» və «Kazakhstan International Halal Expo-2014» sərgiləri keçiriləcək.

Azərbaycan İqtisadiyyat və Sənaye Nazirliyindən verilən məlumata görə, hər iki yeyinti məhsulları üzrə təşkil olunacaq sərgi mayın 15-17-də Astana şəhərində baş tutacaq.

Azərbaycanda fəaliyyət göstərən sahibkarlar və işgüzar dairələr sərgilərdə iştiraka dəvət olunur. Sərgidə iştirak etmək istəyən iş adamları İqtisadiyyat və Sənaye Nazirliyinə müraciət edə bilərlər.

APA