Mirzə Şəfi Vazehin 220 illik yubileyi Avropanın bir çox mədəniyyət mərkəzlərində qeyd olunacaqdır
24.1.2014

Görkəmli Azərbaycan şair-mütəfəkkiri, maarifçisi Mirzə Şəfi Vazehin 220 illik yubileyi münasibətilə Gəncə Şəhər İcra Hakimiyyəti, Dünya Elm və Mədəniyyət Akademiyası və mərkəzi Almaniyada yerləşən Avropa Elm və Mədəniyyət Akademiyasında bir sıra tədbirlər keçiriləcəkdir.

Azərbaycan Yazıçılar Birliyinin (AYB) mətbuat xidmətindən bildirmişlər ki, M.Ş.Vazehin 220 illik yubileyinin həm Azərbaycanda, həm də Avropada keçirilməsinə dair AYB-ə məlumatlar daxil olmuşdur. Şairin əsərlərinin alman dilinə ilk tərcüməçisi Fridrix Bodenstedtə məxsus 1873-cü ildən 1878-ci ilədək və 1924-cü ilə aid olan çoxlu sayda orijinal kitab və 1876-cı ildə Almaniyada nəşr olunan qəzet məqalələri və digər çoxlu sayda materiallar üzə çıxarılmışdır.

Bu materialların bir hissəsinin alman dilindən Azərbaycan dilinə tərcümə olunması nəzərdə tutulmuşdur.

AzərTAc