Ginnes rekordçusu, 75 yaşlı Cumber Lejava bu il iyulun sonunda velosipedlə Braziliyaya yola düşəcək.
O, 1996, 2004, 2008 və 2012-ci illərdə Olimpiya oyunları keçirilən ölkələrə Tbilisidən velosipedlə gedib.
Veteran idmançı 2016-cı ildə Brazilyada keçiriləcək Olimpiya oyunlarına da velosipedlə gedəcəyini bildirib.
Cumber Lejava səyahətinin marşrutunu açıqlayaraq Rusiya, Skandinaviya, İslandiya, Kanada və ABŞ-dan keçəcəyini deyib.
İxtisasca mühəndis olan Cumber Lejava 1993-2002-ci illərdə velosipedlə dünya səyahətinə çıxıb, bütün qitə və materiklərdən, o cümlədən Antarktidadan keçib. 1999-cu ildə UNESCO ona idmançı və “Dünyanın vətəndaşı” adını verib, 2002-ci ildə isə Gürcüstanda “İlin adamı” adına layiq görülüb.
Gün.Az