Mariya Grasia Kyuri və Pyer Paolo Piççoli bu kolleksiyanı operaya həsr edib.
Elə ilk çıxış dəfilənin mövzusunu bəlli etdi: Podiuma çıxan qızın
paltarında not təsvirləri var idi. Uzun ətəyin üzərindəki not təsvirləri
ilə Cüzepe Verdinin “Traviatu”sını ifa etmək olardı. "Valetino"nun ilk
iki gözəl geyimi tünd qırmızı və açıq çəhrayı tonlarında idi.
Göstərilən mövzunun fonunda
üzərində fil, şir, pələng, ilanlardan ibarət cəngərliyi xatırladan
gözlənilməz gəlişi paltarlar gəlir. Nümayişi bağlayan paltarın
üzərindəki pələng, sanki, indicə tullanacaq. Birinci sırada oturan
insanlar da ona heyranlıqla baxır və susurdular. Bu hissəsini Kyuri və Piççolli, Cüzeppe Verdi, Amilkare Ponkelli və Henri Perselluya həsr edib.
Valentino"nun Paris Yüksək Dəb Həftəsində nümayiş olunan kolleksiyasını təqdim edirik:

publika.az