Qoç - məhsuldar fəaliyyətə mane olacaq kiçik
ixtilaflar və fikir ayrılıqları yarana bilər. Rəğbət bəsləmədiyiniz
insanlarla çalışmalı olacaqsınız. Emosiyalarınıza hakim olun. Əks
təqdirdə mübahisə və ya münaqişə yarana bilər.
Maliyyə çətinlikləri istisna deyil. Borc almaq məsləhət deyil.
Peşəkar fəaliyyət sahənizlə bağlı önəmli məsələni müzakirə etməyin. Təşşəbbüsləri sabaha saxlayın.
Yaşlı qohumlar və təcrübəli dostların məsləhətlərinə qulaq asın.
Buğa
- bədxərc olmayın, pulları hara gəldi xərcləməyin. Lazım olmayan
əşyalar almayın. Arzularınızın hamısını reallaşdırmaq mümkün deyil.
İşləri təxirə salmayın, mühüm məsələlərə laqeyd yanaşmayın. Dəvət
aldığınız tədbirdə yanlış davranış stili seçərək naqolay vəziyyətə
düşməyin.
Hüquqi məsələləri həll etməyə çalışmaq,
sənədləşdirmə ilə məşğul olmaq üçün əlverişsiz gündür. Yalnız yaxşı
hazırlaşandan sonra yola çıxın.
Axşam saatlarını ailə üzvləri ilə birlikdə keçirin.
Əkizlər -
başladığınız işlərdə ulduzların himayəsinə bel bağlaya bilərsiniz.
Bəzən çətinliklər yaransa da, narahat olmayın. Yolunuzdakı səd və
maneələri qətiyyətlə, ruh yüksəkliyi ilə dəf edin. Nüfuzlu şəxslərlə
görüşlər yaxşı keçəcək. Yeni tanışlarınızda xoş təəssüratlar oyatmağa
çalışın.
Alış-veriş, interyer əşyaları və mebel almaq üçün əlverişli zamandır. Təmir və ya köçlə bağlı məsələləri müzakirə etmək olar.
Xərçəng
- çox işlər görmək gərəkdir. Qüvvələrinizi düzgün paylaşdırın.
İntuisiyaya əsaslanaraq hərəkət edin. Nəyi nə zaman etmək gərəkdiyini
təhtəlşüurunuz deyəcək.
İşgüzar danışıqlar, uzunmüddətli
əməkdaşlıq və ya iş yerinin dəyişdirilməsi ilə bağlı məsələlərin
müzakirəsi üçün əlverişli zamandır.
Təhsil və biliklərin artırılması üçün uğurlu gündür.
Günün ikinci yarısında səhhətinizdə yaranan kiçik problemlər sizi bəzi planlardan imtinaya vadar edəcək. Qüvvənizi bərpa edin.
Darıxmaycaqsınız. Qeyri-adi və maraqlı işi çətinlik çəkmədən tapacaqsınız.
Şir
- gərgin və çətin gündür. Əvvəlki günlərlə müqayisədə münaqişələrin
sayı artır. Emosiyalarınıza hakim olun. Əks təqdirdə bədxahlarla
düşmənlərinizin sayı arta bilər. Yaradılmasına xeyli səy və zəhmət
xərclədiyiniz münasibətlərdən biri göz qabağında darmadağın olacaq.
Situasiyanı dəyişmək üçün təcili addımlar atın.
Ailə üzvləri il təmaslarda sınaq zamanıdır. Ev və məişət qayğıların çözülməsi xeyli vaxt alır. Nüfuzunuz sınanır.
Günün ikinci yarısında köhnə dostlardan xoş xəbərlər alacaqsınız.
Qız
- işgüzar danışıqlar, sözlərinə önəm verdiyiniz insanlarla ünsiyyət
üçün əlverişli zamandır. İşdə müsbət dəyişikliklər mümkündür. Çoxdankı
plan və niyyətlərinizdən birini gerçəkləşdirmək imkanları var.
Yeni müttəfiqlər peyda olur. Onlardan anlayış və mənəvi dəstəklə yanaşı, yetərincə real yardım gözləmək olar.
Mürəkkəb
məsələlərin müzakirəsi, intellektual əmək üçün münasib gündür.
Sənədləşdirmə, hesabatların hazırlanması ilə də məşğul ola bilərsiniz.
Biznes-planlar quranda ən kiçik məsələlərdə səhv etməyin.
Tərəzi -
yalnız ilk baxışdan mənasız təsir bağışlayan danışıqlar çox vaxt alır.
Halbuki həmin söhbətlər və danışıqlarda mühüm məlumat əldə edə
bilərsiniz. Planlarızı reallaşdırmaq üçün yeni müttəfiqlər arayın. Dəvət
aldığınız tədbirə qatılın. Belə tədbirlərdə peşəkar fəaliyyətiniz
baxımından faydalı tanışlıqlara nail ola bilərsiniz.
Yeni tanışlarla ünsiyyət zamanı ehtiyatlı olun. Sirr və gizlinlərinizi onlarla bölüşməyə tələsməyin.
Səfər və səyahətlər, habelə xarici dil öyrənmək üçün əlverişli zamandır.
Əqrəb -
işgüzar danışıqlar üçün əlverişli gündür. Mövqeyinizi qoruyun. Kimsənin
xətrinə dəyməyin. Haqlı olduğunuzu ətrafınızdakı insanlara anladın.
Yeni müttəfiqlər və tərəfdaşlar tapın. Bu gün başlayacaq istənilən
əməkdaşlıq uzunmüddətli və məhsuldar ola bilər. İşgüzar danışıqlar pis
keçməyəcək.
Şəxsi münasibətlərdə sayıq və həssas olun.
Təmaslarda çevik olun. Yeni tanışlıqlar zamanı sərvaxt davranın. Sizə
əsla uyğun olmayan insanlarla əlaqələrdə aktiv olmayın.
Yeni tərəfdaşlığa başladığınız insanlar barədə dürüst təəssürat tezliklə yaranmayacaq. Zahiri parıltı sizi aldatmasın.
Oxatan
- nüfuzunuzu qoruyun. Ətrafınızda sizə zərbə vurmaq istəyən insanlar
var. İşdə həmkarlarla ixtilafın ciddiləşməsi, rəhbərliklə münaqişələr
mümkündür. Davranışınız bəzilərinə orijinal və ya qəribə, hətta
ekstravaqant təsir bağışlaya bilər. Ənənəvi dəyərlərin "mühafiz"ləri
sizi "dürüst davranmağa" çağıracaqlar. Amma hər şeyə rəğmən, yolunuzdan
çəkinməyin və irəliləyişi davam etdirin.
Xoş sürprizlər istisna deyil. Qəfil gəlir və işgüzar təklif ola bilər. Gəlirlərinizi əhəmiyyətli dərəcədə artıra bilərsiniz.
Səhhətiniz normadadır. Problemlər olmayacaq.
Oğlaq
- əməkdaşlığın yeni formatının reallaşdırılması üçün yaxşı zamandır.
Tərəfdaşlarınızdan biri nüfuzlu və müstəqil adam olarsa, işlər lap yaxşı
alınacaq. Uğur qazanmış insanlar sizi dəstəkləyirlər. Uğursuzlar isə
tənqidlər səsləndirir, paxıllıq edirlər. Belələrinin dediklərinə fikir
verməyin.
Sövdələşmə, anlaşma, alış-veriş üçün yaxşı gündür.
Şəxsi münasibətlər baxımından neyrtral zamandır. Bu sahədə ciddi
dəyişikliklər olmayacaq. Səhhətinizə fikir verin.
Axşam saatlarında aktiv istirahəti seçin.
Dolça
- çoxsaylı çətinliklər olacaq. Amma onların hamısını dəf etmək
mümkündür. Bunu bilin və təslim olmayın. Planlaşdırdığınız işlər
alınmayanda bədbinliyə qapılmayın. Nüfuzlu rəqib və ya bədxahla
toqquşmada qalib gəlmək imkanlarınız var.
İşdə həmkarlarla
dil tapın. Etibar etmədiyiniz insanlara inansanız, çox ciddi səhv
edəcəksiniz. Yeni tanışlıqlar və ya münasibətlərin başlanması istisna
deyil.
Günün ikinci yarısında əhvalınız pisləşə bilər. Zökəm və soyuqdəymə istisna deyil. Profilaktik tədbirlər görün.
Sükan arxasında uzun müddət qalmayın.
Balıqlar
- günün ilk yarısı uğurlu olacaq. Əvvəllər mümkünsüz təsir bağışlayan
işləri indi görə bilərsiniz. Ehtiyac duyduğunuz dəstəyi alacaqsınız. Az
sonra karınıza gələcək pulları əldə edəcəksiniz. Uzaqdan gələn xəbərlər
sizi sevindirəcək.
Günün ikinci yarısı nisbətən problemlidir.
Səhhətinizdə problemlər yarana bilər. Əhvalınızın pisləşməsi, özünüzə
güvənin itməsi istisna deyil. Tənqidə aqressiv reaksiya verməyin. Ən
kiçik iradlar sizi təbdən çıxarmasın. Başqasının fikrini əsas sayaraq
lazım bildiyiniz işləri təxirə salmayın.
Milli.Az