Yanvarın 27-də Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) “Beynəlxalq əlaqələr sahəsində universitet idarəçiliyinin inkişaf etdirilməsi və təkmilləşdirilməsi” adlı Tempus layihəsinin icrasına başlanılması ilə əlaqədar mərasim keçirilmişdir.
Azərbaycanda fəaliyyət göstərən diplomatik korpus nümayəndələrinin və tərəfdaş universitetlərin təmsilçilərinin iştirak etdikləri tədbiri ADİU-nun rektoru, Milli Məclisin elm və təhsil komitəsinin sədri, professor Şəmsəddin Hacıyev açaraq layihənin əhəmiyyətindən danışmış, işinə uğurlar arzulamışdır.
Bildirmişdir ki, ADİU 2013-cü ildə Avropa İttifaqının Tempus proqramında iştirak etmiş, Avropa və MDB ölkələri universitetlərinin təmsil olunduğu bu layihənin əlaqələndircisi kimi qalib olmuşdur.
AzərTac