Qoç - günün ilk yarısında aktiv və əzmlə çalışın.
Yeni işə başlamaq olardı, amma yarımçıq işlər bitirilməyi tələb edir.
Problemlər sizi narahat edir, amma ruhdan düşməyin. Nigarançılığa
qapılıb süst davranmayın.
Önəm verdiyiniz insanla görüş perspektivlərinizə müsbət təsir edəcək. Rəqabət kəskinləşəcək. Görüşləri məntiqlə seçin.
Axşam saatlarınla ailənin yaşlı üzvləri ilə təmaslarda diqqətli və həssas olun. Mübahisə etməyin, neytral mövzularda danışın.
Buğa -
günün ilk yarısından etibarən aktiv olun. Rasional ideyalarınız bol
olsun. Başqa vaxt xeyli səy və zaman tələb edə biləcək problemi indi
sürətlə çözürsünüz. Alış-verişdə qəanətli olun, pulları mənasız
əşyaların alınmasına sərf etməyin.
Aradığınız informasiya və
ya məlumatı əldə etməyə çalışın. Gələcəklə bağlı planlar qurmaq asan
deyil. Vəziyyət sürətli və orijinal həllər tələb edir.
Ailə
üzvləri ilə məsləhətləşin, qohumların dediklərinə qulaq asın. Heç bir
səbəb olmadan mübahisəyə başlamayın. Çoxdan bəri həllini tələb edən
münaqişəni çözün.
Əkizlər -
yaşananları müsbət dəyərləndirin. Mühüm saydığınız işlərlə məşğul olun,
boş söhbətlərə vaxt sərf etməyin. Səfər, dövlət qurumlarına baş çəkərək
problemlərin həlli üçün əlverişli gündür. Bir şərtlə ki, cari
məsələlərlə diqqətlə məşğul olasınız.
Rəqibləri üstələməyə
çalışın. Uzunmüddətli stressin təsiri altına düşməmək üçün aktiv olun.
Ən yaxşı ideya və təkliflərin reallaşdırılmasına dərhal başlamayın.
Düşünün, götür-qoy edin.
İntellektual müstəvidə qarışıq məslələrin həlli zamanıdır. Ən çətin problemlər sürətli həllini tapa bilər.
Xərçəng
- imic və səhhətinizin qayğısına qalın. Yaşam tərziniz və xarici
görünüşünüzdə nəyi dəyişmək barədə düşünün, fəaliyyətə başlayın.
Məsləhət və təcrübə mübadiləsində fayda var.
İşlər
arasında təxirəsalınmaz və təcili olanını bəlirləmək üçün
yaxınlarınızla məsləhətləşin. Sifarişləri planlarınızla razılaşdırın. Az
sonra başlayacaq proseslərdən heç olmasa birini təxminləməyə çalışın.
Uğur qazandığınız istiqamətdə sürətlənin.
Şir
- ayın ən önəmli və vacib günlərindən biridir. Yalnız öz qüvvənizə,
imkanlarınıza, bacarığınıza arxalanın. Bağlı qapıları aça bilərsiniz.
Maliyyə məsələlərini nəzərdən keçirin. Tərəfdaşlarla münasibətdə sayıq
və həssas olun. Qarşı tərəfdən diqqət gözləməyin. Ünsiyyət dairəsini elə
seçin ki, gün sizə gərəkli emosiyalar versin, müsbət əhval yaratsın.
Aktivliyinizin
estetik məzmunu olmalıdır. Köhnəni yeni ilə dəyişin. Alış-verişdə çox
pul xərcləməyin. Axşam saatlarında qonaq gələ bilər.
Sevdiyiniz insana hədiyyə verin.
Qız
- pozitiv gündür. Yaxın ətrafınızdakı insanlardan birinin təşəbbüslə
çıxış etməsini gözləyin. Toplantı, kollektiv və ya qrupda ünsiyyət üçün
yaxşı zamandır. Sizi diqqətlə dinləyəcəklər. Ətrafınızdakı insanlar sizi
anlamağa çalışırlar, qərarlarınıza rəğbətlə yanaşırlar. Kompromisə
asanlıqla nail olmaq mümkündür.
Günün ikinci yarısında aktiv
olun. Ev işi və ya məişət qayğılarının çözülməsi sizə gün ərzində
yığılmış stresslərdən qurtulmağa imkan verəcək.
Tərəzi -
öz "dalğa"nızda olun. Ətalətli və tənbəl olmasanız, gün sizi
sevindirəcək. Maraqlarınızı təmin etməyə çalışın. Sürprizlər, etiraflar,
hədiyyə ola bilər.
Rəğbət bəslədiyiniz insana yardım edin.
Ənənəvi
yaşam tərzinizi dəyişəcək addımlar atmayın, qərarlar verməyin.
Münasibətlərdəki harmoniyanı spontan açıqlıq və etirafla pozmayın.
Qəfil
eksperimenti tərəfdaş və ya iş yoldaşınız qəbul etməyəcək. Enerji
axınlarından problemin həllinə yaradıcı yanaşmada istifadə edin. Daha
çox fiziki iş görün. Belədə əlavə faydalı effektə nail olacaqsınız.
Əqrəb -
peşəkar fəaliyyətlə bağlı məsələlərlə məşğul olun, əməkdaşlığı
genişləndirin, yeni əlaqələr qurun. Maliyyə məsələlərini müzakirə edin,
borcları qaytarın. Nə isə verəndə nə isə alırsınız.
Gün əlverişli və uğurludur.
Kreativinizdən
real şəkildə yararlanın. Səhvləri üzə çıxaran problemləri çözün.
Yarımçıq işi ən yaxşı şəkildə başa vurun. Dostlarla görüş üçün yaxşı
gündür. Özünüzü tərifləməyin, yalan danışmayın, qürrələnməyin. Gələcəklə
bağlı planlarınızdan çox danışmayın. Emosiyalar çoxdur. Hisslərə
qapılmayın, efemer xülyalardan ayılın. İnsanlar sizdən konkret sözlər
eşitmək istəyirlər. Onlar ümumi işdəki payınızı və iştirakınızı yenidən
dəyərləndirirlər.
Paxıl və məkrli insanlardan qorunun.
Oxatan
- yaşam tempi sürətlənir. Qəfil xəbərlər və gözlənilməz dəyişikliklər
sürətlə əvəzlənir. Sözlərinizdə və əməllərinizdə qətiyyətli, ardıcıl
olun. Yaşam məkanında köklü dəyişikliklər etməyin. Pul qazanmaq, gəlir
əldə etmək üçün ciddi səylər, böyük zəhmət, bütün imkanların səfərbər
edilməsi tələb olunur.
Xüsusi önəm verdiyiniz işdə və ya layihədə situasiya gərginləşə bilər.
Gələcəkdə
işinizə yarayacaq əlaqələri nizamlayın, şəxsi münasibətlərdə hisslərə
qapılmayın. Plan və niyyətləriniz barədə yaxın ətrafınızdakı insanlara
mümkün qədər az danışın. Qələbəyə istiqamətlənmiş enerjinizə qapılın.
Oğlaq - önəmli və xüsusi əhəmiyyəti olan gündür. Yaxın ətrafınızdakı insanlar sizdən məsləhət almaq istəyirlər.
Tərəfdaş
və həmkarlarla münasibətlərə emosiyaların güclü sirayət etdiyi
məqamlarda soyuqqanlı davranın. Enerjiniz çoxdur, işlərdə sürətlənmə ola
bilər. Tapşırılan işləri görün, amma kimsədən yardım və dəstək
istəməyin. Mənasız illüziyalar, real işə köklənməyinizə mane olan xam
xəyallarla vidalaşın. Önəmli istiqamətdə ilk addımı atın. Həmin işdən nə
əldə edəcəyinizi dəqiq bilin.
Böyük işə hazırlaşın, imkanlar və riskləri hesablayın.
Dolça
- hadisələr və xəbərlər əhvalınızı yaxşılaşdıra bilər. Aktiv
tərəfdaşlığa və əməkdaşlığa meylli olun. Özünüzü çətin vəziyyətə
salmadan yerinə yetirə biləcəyiniz həcmdə işləri öhdənizə götürün.
Əvvəllər başladığınız işləri başa vurmadan və vədləri vaxtında yerinə
yetirmədən yeni işlərə başlamayın.
Situasiyada təhlükəli
məqamlar güclənirsə, ehtiyatlı olun. Ambisiyalarınız enerjinizlə
qidalanmasın. Rəqiblər sizdə aqressiya yaratmağa çalışırlar. Dəqiq və
konkret fəaliyyət ssenarisi yoxdursa, heç bir lüzum olmadan macəra
aramayın.
Günün ikinci yarısında mümkün qədər çox fiziki işlə məşğul olun.
Yaxşı istirahət emosiyalarınızda müvazinət yartmağa imkan verəcək.
Tələsik və düşünülməmiş addımlar atmayın.
Balıqlar
- maliyyə məsələlərinin həllindəki təşəbbüskarlığınız uğurlu ola bilər.
Birgə fəaliyyətə üstünlük verin. Başladığınız layihələrə pul yatırın.
Yeni işdə özünüzü sınamağa tələsməyin.
Alınan informasiya,
ünvanınıza səslənən sözlər ciddi narahatlıq, ifrat reaksiya yaratmasın.
Gün uğurludur. Bəzi ailə və məişət qayğıları bilavasitə iştirakınızı
tələb edir. Ailə üzvləri ilə münasibətləri gərginləşdirməyin.
Axşam saatlarında qonaqlarınız olacaq.
Milli.Az