Qoç - Bu gün sizin təbii istedadlarınızın parlaq şəkildə ortaya çıxdığı gündür. Məhz onların sayəsində əvvəllər əldə edə bilmədiyinizi qazanacaqsınız. İşgüzar mühitdə əlaqələriniz normallaşır, nüfuzlu tərəfdaşlarınız və etibarlı köməkçiləriniz peyda olur. Müstəqil kommersiya fəaliyyətinə başlaya bilərsiniz.
Şəxsi həyatınızda baş verən dəyişikliklər sizi sevindirəcək. Bu gün bir çox Qoçlar təşəbbüs göstərir, xoşlarına gələn adama daha da yaxınlaşmaq üçün addım atırlar. Sabitlik və etibarlılıq istəyi bir çoxlarını nikah barədə düşünməyə vadar edir.
Buğa - Səhər açılandan konstruktiv ruha köklənirsiniz, bu isə çətin situasiyalardan çıxmağa, işgüzar danışıqları daha faydalı etməyə və yaradıcı ideyaları həyata keçirməyə kömək edir. nəinki öz ideyalarınızı qaydaya salır, eyni zamanda başqalarına da bu işdə kömək edirsiniz. Minnətdarlıq özünü çox gözlətməyəcək.
Axşam ünsiyyət üçün əla vaxtdır. Həm romantik görüş, həm dost məclisi təşkil edə, ziyafətlərdə iştirak edə bilərsiniz. Qohumluq əlaqələrini möhkəmlətmək üçün imkan yaranır. Ailə biznesi və ümumi əmlak məsələlərini müzakirə edə bilərsiniz.
Əkizlər - Çətin ki, peşəkar problemlərdən qaça biləsiniz. Həmkarlarınızla münaqişələriniz mümkündür, vaxtınızın çoxunu fikir ayrılıqlarını aradan qaldırmağa sərf edəcəksiniz, bu səbəbdən də işləməyə vaxt qalmayacaq. Heç kimdən kömək, dəstək və təqdir gözləmədən müstəqil işləməyə alışmış Əkizlərə isə çətinlikləri aşmaq asan olacaq.
Bütün bunlara baxmayaraq, əhvalınız korlanmayacaq. Ancaq bəzən sizin nikbinliyiniz yerinə düşmür və hətta təhlükəli olur. Odur ki, sizi mümkün təhlükələrdən çəkindirən insanlara diqqətlə qulaq asın.
Xərçəng - Plan və ideyalarınız yaxşıdır, amma təəssüf ki, onların həyata keçirilməsi çətindir (ən azı, bu gün). Əgər hansısa işin öhdəsindən tezliklə gələ bilmirsinizsə, yaxşı olar ki, onu təxirə salasınız. Nə qədər az xəyallara dalsanız, bir o qədər çox problemi həll edə biləcəksiniz və gününüz də məhsuldar və sakit keçəcək.
Səfərlər gözlənilir. Ola bilsin ki, sizi gözləmədiyiniz halda qonaq çağırsınlar. Axşamı, imkanınız varsa, ziyafətdə keçirin, orada siz parlayacaqsınız. Bu gün başlanan romantik münasibətlər çox ahəngdar inkişaf edəcək.
Şir - Əməkdaşlıq, müştərək layihələr üzərində iş, qüvvələrin birləşdirilməsi üçün əla gündür. Sizin maraq və məqsədlərinizi bölüşən insanlar kifayət qədərdir. Əsas məsələ isə onların arasından məhz qarşılıqlı anlaşma əldə edə biləcəyiniz birini seçməkdir. Ola bilsin ki, xaricdən çox vacib məlumat alasınız. Bir çox Şirlər bu səbəbdən xaricə səfərlərə hazırlaşacaqlar.
Romantik əlaqələr, o cümlədən «distansion» sevgi asan başlayır. Uzaqdan-uzağa sevgiyə inanmayan Şirlər də bu gün etiraf edirlər ki, heç demə, belə də olarmış. Amma onların əksəriyyəti öz yarını yaxınında axtarmağa çalışacaq.
Qız - Mürəkkəb məsələlərin həlli üçün əla gündür. İntellektual potensialınız yüksəkdir. Baş sındırıb, orijinal həll yolları axtarmağa həvəslisiniz. Bu gün işləyəcəyiniz adamlar da sadə çıxış yolları aramırlar. Odur ki, gününüz çox maraqlı olacaq. Planlaşdırmadığınız alış-veriş və xərclər mümkündür, amma pul kisəniz çox «arıqlamayacaq».
Bircə probleminiz yaşlı qohumlarınızladır. Onlarla heç cür dil tapa bilmirsiniz. Onlar özlərini sizin xoşunuza gəlməyən tərzdə aparır, sizi çətin vəziyyətə salırlar. Qarşılıqlı küskünlüklər mümkündür.
Tərəzi - Əgər özünüzə qarşı çox mülayim olmasanız, gününüz yaxşı keçə bilər. Səhvlərinizi özünüzə bağışlamayın və gec olmadan onları düzəltməyə çalışın. Sizin üçün vacib olan işləri yarımçıq qoymayın, nə də başqalarına tapşırmayın. İşinizə məsuliyyətlə yanaşsanız, həm yaxşı nəticələr əldə edə, həm də dəyər verdiyiniz insanların rəğbətini və hörmətini qazana bilərsiniz.
Günün ikinci yarısı pul problemləri yarana bilər: cərimələr, gəlirlərinizin azalması mümkündür. Əvəzində sevgidə bəxtiniz gətirəcək. Romantik görüşlər üçün əla gündür.
Əqrəb - İşgüzarlıq baxımından uğurlu gündür. Bədxahlarınız məqsədinizə çatmağa mane ola bilməsələr də, işinizə əngəl yaratmağa çalışacaqlar. Odur ki, bir az həyəcən yaşamağınız mümkündür. Yeni iş ortaqları və tərəfdaşlar tapa bilərsiniz, gün müştərək layihə üzərində iş üçün münasibdir.
Şəxsi həyatınızda çətinliklər mümkündür. Yaxınlarınızla ümumi dil tapa bilmirsiniz, onların sizdən nə istədikləri sizə aydın deyil. Sevdiyinizlə mübahisəniz ola bilər. Onu isə sizin güzəştə getməməyiniz kədərləndirəcək.
Oxatan - Vaxtınızın çoxunu boş ümidlərə, yalançı xəyallara sərf edirsiniz. Enerjiniz də itir. Amma daha vacib məsələlər də var ki, onların həllini məhz bu gün həyata keçirə bilərsiniz. Amma sizi xəyallar aləmindən qoparıb real həyata qaytaran adamlar sizi qıcıqlandırırlar.
Şəxsi həyatınızda diqqətli olun. Yeni tanışlıqlara böyük ehtiyatla yanaşın: sizin zəifliklərinizdən istifadə edərək, sadəcə, boş vaxtını öldürmək həvəsində olan bir insanın əlinə düşə bilərsiniz.
Oğlaq - Uğurun sinonimi bu gün əməkdaşlıqdır. Nə qədər çox insanla birlikdə işləsəniz, bir o qədər yaxşı nəticələr əldə edəcəksiniz. Başqalarının xoş güzəranı üçün çalışmaq heç də vaxt itkisi deyil. Bunun əvəzində sizi sürprizlər gözləyir. Uğurlu səfərlər, ezamiyyətlər mümkündür. Yatırım üçün də münasib gündür.
Qohumlarınızla, ailənizlə bağlı xeyir xəbər almanız mümkündür. Sevdiyiniz şəxslə görüş, romantik səyahət və sadəcə sevgi etirafı üçün ideal gündür.
Dolça - Həftənin ən çətin günlərindəndir. Mənfi tendensiyaların təzyiqinə güc gəlmək üçün çox işləməli olacaqsınız. Bircə dəqiqə ara versəniz, onlar həmən güclənəcəklər. Rəhbərliklə fikir ayrılıqlarınız dərinləşir, iş ortaqlarınızla qarşılıqlı anlaşma əldə etmək çətinləşir. Həmkarlarınızla cüzi mübahisə əsl toqquşmaya çevrilə bilər.
Evdə də mənzərə ürəkaçan deyil. Yaxınlarınız çox mehribandırlar, amma onların xoş niyyətləri tez-tez sizin üçün xoşagəlməzliklərə çevrilir.
Balıqlar - Çətinliklər istisna deyil, amma aşa bilməyəcəyiniz maneə yoxdur. Bu gün hazırcavab və qətiyyətlisiniz, çətin sualların həllini asanlıqla tapırsınız, bunlar hətta ən çıxılmaz vəziyyətlərdən uğur qazanmağınıza yardımçı olur.
Köhnə tanışlarınızla görüş mümkündür. Nə vaxtsa çox sevdiyiniz biri də peyda ola bilər. Sizə elə gələcək ki, onun niyyəti ciddidir. Axşama doğru xroniki xəstəliklərinizin güclənməsi, səhhətinizin korlanması mümkündür. Mətbəxdə eksperimentlərdən çəkinin.
Milli.Az