Balakən rayonunun ərazisində turistlər və gələn qonaqlar üçün maraqlı ola biləcək əvəzsiz təbiət guşələri, qədim tarixi abidələr, habelə müvafiq infrastruktur mövcuddur.
Rayon mədəniyyət və turizm şöbəsindən verilən məlumata əsasən, statistik göstəricilərə əsasən 2010-cu ildə Balakənə 7 min 935 nəfər, 2011-ci ildə 8 min 974, 2012-ci ildə 18 min 981, 2013-cü ildə isə 20 min 103 nəfər turist gəlib.
O cümlədən son 3 ildə rayona gələn xarici turistlərin sayı artaraq 105 nəfərdən 2 min 121 nəfərə çatıb. Qeyd edilib ki, Mədəniyyət və Turizm Nazirliyi kollegiyasının qərarı ilə respublikamızın 4 nömrəli turizm marşrutuna daxil edilən Balakən rayonunda 12 turizm marşrutu və rekresiya zonaları müəyyənləşdirilib.Balakəndə əsasən idman və kənd yaşıl turizmi inkişaf etməkdədir. Bundan əlavə, turistlər dağ, atçılıq, balıqçılıq, ovçuluq və digər turizm növlərinə də maraq göstərirlər.
Gün.Az