Hər ay olduğu kimi, fevral ayında da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının repertuarı maraqlı tamaşalarla zəngindir.
Teatrın mətbuat xidmətindən bildirilmişdir ki, fevralın 1-də C.Cabbarlının “Aydın”, ayın 2-də Ə.Haqverdiyevin “Pəri Cadu”, 4-də kiçik səhnədə P.Züskindin “Kontrabas” əsərləri nümayiş etdiriləcəkdir.
Teatrın kollektivi fevralın 6-da M.F.Axundzadənin “Sərgüzəşti-vəziri-xani Lənkəran”, ayın 7-də F.Mustafanın “Pələng ili”, 8-də T.Vəliyevanın “Mənim ağ göyərçinim” tamaşalarını göstərəcəkdir.
Teatrsevərlər fevralın 9-da U.Şekspirin “Romeo və Culyetta”, ayın 11-də kiçik səhnədə R.Ağayevin “Bir gecənin nağılı”, 13-də isə N.Qoqolun “Dəlinin qeydləri” tamaşalarına baxa bilərlər.
İ.Əfəndiyevin “Məhv olmuş gündəliklər” əsəri fevralın 14-də, Ə.Əmirlinin “Hasarın o üzü” tamaşası ayın 15-də göstəriləcəkdir.
Fevralın 16-da D.Po və P.Filipponun “İtalyansayağı xoşbəxtlik”, ayın 18-də M.F.Axundzadənin “Hacı Qara”, 22-də K.Hamsunun “Viktoriya” tamaşası oynanılacaqdır.
Teatrın kollektivi fevralın 23-də Elçinin “Buzovna kəndinin əhvalatları”, ayın 25-də Ə.Əmirlinin “Mən səni sevirəm”, 27-də M.F.Axundzadənin “Müsyö Jordan və dərviş Məstəli şah” tamaşalarını nümayiş etdirəcəkdir.
S.Rüstəmin “Çimnaz xanım yuxudadır” əsəri fevralın 28-də göstəriləcəkdir.
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi hər ay olduğu kimi, fevral ayında da balaca tamaşaçıları unutmamışdır.
Fevralın 1-də A.Lindqrenin “Balaca və damda yaşayan Karlson”, ayın 2-də A.Tolstoyun “Buratinonun macəraları”, 5-də Ş.Perronun “Çəkməli pişik” tamaşaları təqdim ediləcəkdir.
Balaca tamaşaçılar fevralın 8-9-da müvafiq olaraq ərəb xalq nağılları əsasında səhnələşdirilmiş “Əlibaba və qırx quldur” və “Ələddinin sehrli çırağı”, ayın 12-də Azərbaycan xalq nağılı əsasında hazırlanmış “Göyçək Fatma”, 15-də P.Pançevin “Dörd əkizin nağılı” tamaşalarına baxa bilərlər.
Teatrın kollektivi K.Ağabalayev və N.Kazımovun “Şahzadə Xəzərin nağılı”nı fevralın 16-da göstərəcəkdir.
A.Şaiqin “Danışan gəlincik” fevralın 19-da və 23-də, ədibin “Tıq-tıq xanım” tamaşası ayın 22-də oynanılacaqdır.
Fevralın 20-də R.Rzanın “Ana qaz”, ayın 21-də N.Gəncəvinin “Xeyir və Şər”, 26-da X.Əlibəylinin “Dovşanın ad günü” tamaşaları göstəriləcəkdir.
AzərTac