Ziya Bünyadov prospektinin yenidən qurulması bu ilin may ayında başa çatacaq.
Bunu jurnalistlərə nəqliyyat nazirinin müavini Musa Pənahov məlumat verib.
Nazir müavini həmçinin onu da bildirib ki, hal-hazırda şəhərin Babək prospektinin yenidən qurulması layihəsi işlənib hazırlanır.
“Bu, Bakının ən böyük prospektlərindən biridir, ancaq bu prospekt yenidən qurulmalıdır. Həmçinin, Heydər Əliyev prospektinə paralel olaraq, Bakının mərkəzini Olimpiya stadionu ilə birləşdirən yeni yolun tikintisinə başlanacaq” – M.Pənahov deyib.
Onun sözlərinə görə, bütün bu işlərin hamısı Bakıda 2015-ci ilin yayında keçiriləcək birinci Avropa oyunları müddətinə qədər başa çatdırılacaq.
Eyni zamanda, nazir müavini onu da vurğulayıb ki, sözügedən layihələrin həyata keçirilməsi Avropa oyunları ilə əlaqədar deyil, bu işlər paytaxtın nəqliyyat infrastrukturunun yaxşılaşdırılmasına yönəlib
gun.az