Yanvarın 29-da Xəzər Universitetinin və “Dirçəliş” Gənclərin Sosial-Psixoloji Reabilitasiya Mərkəzinin birgə təşkilatçılığı ilə 2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə gənc rəssamların əsərlərindən ibarət “Kompromis” adlı sərgi açılmışdır.
Sərgiyə “Vienna Art Center” Bakı və “Yves Rocher” Fransa şirkətləri tərəfindən təşkilati dəstək verilir.
Müvafiq qurulmarın nümayəndələrinin, Milli Məclisin deputatlarının iştirak etdikləri açılış mərasimində çıxış edənlər sərginin əhəmiyyətindən danışmışlar.
Qeyd olunmuşdur ki, sərginin məqsədi Azərbaycanın gənc rəssamlarının istedadını nümayiş etdirmək, onların yaradıcılıq imkanlarının genişlənməsinə şərait yaratmaqdır.
Sərgidə 16 rəssamın 64 işi nümayiş etdirilir. Sərgilənən əsərlər rəngkarlıq və qrafikanın müxtəlif istiqamətlərini əhatə edir.
AzərTAc